İdman

“Kür” klubunun direktoru: “Cavab oyununda səhvləri təkrarlamamağa çalışacağıq”

Sharing is caring!


“Bəzi səhvlərimiz var idi. Sabah onları təkrarlamamağa çalışacağıq”.

“Report”un məlumatına görə, bunları həndbol üzrə “Kür” klubunun direktoru Fuad Yanqildin İtaliyanın “Jomi Salerno” komandasına 19:29 hesabı ilə uduzduqları Avropa Kubokunun 1/32 final mərhələsinin ilk matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Funksioner görüşün çox gərgin keçdiyini bildirib:

“Cavab qarşılaşmasında daha yaxşı nəticə qazanmaq niyyətindəyik. Bu gün hücumlarda bəzi epizodlardan yararlana bilmədik. Sabah xal fərqini də aradan qaldırmağa çalışacağıq. Bu realdır, hər şey baş verə bilər”.

Qeyd edək ki, tərəflər arasındakı cavab oyunu sentyabrın 24-də gerçəkləşəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir