İdman

Ronaldu dubl etdi, “Əl-Nəsr” qalib gəldi – VİDEO

Sharing is caring!


Səudiyyə Ərəbistanı çempionatında 7-ci turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, Kriştiano Ronaldunun da formasını geyindiyi “Əl-Nəsr” evdə “Əl-Əhli” ilə qarşılaşıb. 

Ər-Riyadın “Əl-Əvval Park” stadionunda keçirilən oyun meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Ronaldu bu görüşdə dubla imza atıb.

Qeyd edək ki, 7 turdan sonra “Əl-Nəsr” 15 xal toplayıb və hazırda turnir cədvəlində 5-ci yerdədir. Eyni xalı olan “Əl-Əhli” isə 6-cı yerdə qərarlaşıb. Sıralamaya 18 xalla “Əl-ittihad” liderlik edir.

“Əl-Nəsr” – “Əl-Əhli” – 4:3

Qollar: Ronaldu, 4, 52, Taliska, 17, 45+6 – Kessye, 30, Mahrez, 50-pen; Əl Birakan, 87

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir