İdman

“Neftçi” ilə “Zirə” arasındakı oyunun yeri dəyişdirildi

Sharing is caring!


Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda “Neftçi” ilə “Zirə” arasında keçiriləcək oyunun yeri dəyişib.

Matç əvvəlcədən nəzərdə tutulduğu kimi “Neftçi Arena”da yox, Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq. Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bildirilib ki, bir müddət öncə renovasiya işlərinə start verilmiş “Neftçi Arena”nın son durumu PFL tərəfindən araşdırılıb. Məlum olub ki, stadionun ot örtüyü hazırda oyunları qəbul etməyə tam hazır deyil. Qurum tərəfindən mövsümdən öncə qəbul olunmuş digər stadionların hazırkı cədvəli və ümumi durumu uyğun olmadığı üçün “Neftçi” klubunun rəsmi müraciətini, “Zirə”  klubunun razılıq məktubunu əsas götürən PFL “Neftçi”  və “Zirə” klubları arasında keçiriləcək 1-ci və 2-ci dövrə görüşlərinin yerini dəyişdirib. Belə ki, şənbə günü baş tutacaq “Zirə” – “Neftçi” oyunu Zirə İdman Kompleksində baş tutacaq. Oyun saat 20:30-da start götürəcək.

Qeyd edək ki, bu qərar əvəzedici komandalara aid edilmir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir