İdman

Qubadlının futbol komandası yaradıldı

Sharing is caring!


Futbol üzrə Region Liqasında iştirak edəcək daha bir komandanın adına aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, “Xanlıq” 2023/24 mövsümündə adıçəkilən çempionatda yarışacaq. Yeni yaradılmış klub Qubadlı rayonunu təmsil edəcək.

Qeyd edək ki, yaxın günlərdə Region Liqasının bütün iştirakçıları dəqiqləşəcək. Mövsüm oktyabrda start götürəcək.

Xatırladaq ki, Qubadlıya qədər 2020-ci ildə işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilanı təmsil edən klublar ölkənin müxtəlif liqalarında çıxış edirlər. Ağdam təmsilçisi “Qarabağ” isə Premyer Liqada mübarizə aparır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir