İdman

“Mançester Yunayted”in futbolçuları arasında dava düşüb

Sharing is caring!


İngiltərə Premyer Liqasında (İPL) “Brayton”la oyunundan sonra “Mançester Yunayted”in futbolçuları arasında dava başlayıb.

“Report”un “The Sun”a istinadən verdiyi xəbərə görə, davada Brunu Fernandeş və Skott Maktominey, Lisandro Martinez və Viktor Lindelev iştirak ediblər.

Məlumata görə, komandanın baş məşqçisi Erik ten Haq nizamı bərpa edə bilib.

Xatırladaq ki, “Mançester Yunayted” “Brayton”a 1:3 hesabı ilə uduzub. Qonaq komandanın qollarını Denni Uelbek, Paskal Qros və Joao Pedro vurublar. “Qırmızı şeytanlar”ın heyətində Hannibal Mejbri fərqlənib.

İngiltərə çempionatının turnir cədvəlində “Mançester Yunayted” 6 xalla 13-cü yerdədir. “Brayton” 12 xalla 5-ci pillədə qərarlaşıb.

Növbəti mərhələdə Erik ten Haqın yetirmələri “Börnli” ilə oynayacaqlar. Görüş sentyabrın 23-də baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir