İdman

“Neftçi”dən gözlənilməz məğlubiyyət – FOTO/VİDEO

Sharing is caring!


Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, “Neftçi” səfərdə “Araz-Naxçıvan”la üz-üzə gəlib.

“Dalğa Arena”dakı qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə bitib – 1:0. 81-ci dəqiqədə Orxan Əliyev penaltidən fərqlənib. Meydan sahiblərində Kadiri Mohammed 86-cı dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran “Araz-Naxçıvan” üçüncü pilləyə yüksəlib. “Neftçi” isə hələlik səkkiz xalla beşinci sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə “Səbail” səfərdə “Kəpəz”i üç cavabsız qolla üstələyib. Turun açılış matçında “Zirə” “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. “Turan Tovuz” – “Qəbələ” və “Qarabağ” – “Sabah” oyunları sentyabrın 17-də baş tutacaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir