İdman

Mahir Emreli: “Nə qədər yaxşı oyun sərgiləsən də, tarixdə nəticə qalır”

Sharing is caring!


“Nə qədər yaxşı oyun sərgiləsən də, tarixdə nəticə qalır. Reallıq odur ki, hər kəs bunu yadda saxlayır”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli Belçikaya 0:1 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələ matçı ilə bağlı danışarkən deyib.

26 yaşlı hücumçu həmin qarşılaşmada bir xala layiq olduqlarını bildirib:

“Məncə, bir xal əldə edə bilərdik. Artıq növbəti görüşlərdə yaxşı oyunla kifayətlənməməli və nəticə qazanmalıyıq”.

Emreli İordaniyaya 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşünə də toxunub:

“Hər iki qarşılaşma bizim üçün ağır keçdi. Bunu tək rəqiblər baxımından demirəm. Meydanın ot örtüyü də yaxşı deyildi. Bu, bəlkə də, “Araz-Naxçıvan”ın ev qarşılaşmalarını burada keçirməsi ilə əlaqədardır. Birinci matçda durum nisbətən yaxşı idi. İkinci görüşdə tam olaraq yaxşı futbol yox, döyüşkən oyun sərgiləmək lazım gəldi. Meydanın durumu və rəqib bunu tələb edirdi”.

Forvard İordaniyanın aqressiv və döyüşkən kollektiv olduğunu diqqətə çatdırıb:

“Onları təhlil edəndə də bunu görürdük. Hər matçda bütün güclərini meydanda qoyurlar. Belçika açıq oyuna imkan verirdisə, İordaniya çətinlik yaradırdı”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir