İdman

Dünya çempionatı: Dörd güləşçimiz mübarizəyə başlayır

Sharing is caring!


Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Prosport.az xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən İntiqam Vəlizadə təsnifat mərhələsində Cənubi Koreya təmsilçisi Hyeonsik Sonqla üz-üzə gələcək.

70 kq-da Məhəmməd-Bəşir Xaniyev eyni raundda Qazaxıstandan olan Sanjar Dojanovla qarşılaşacaq.

86 kq-da Əbubəkr Abakarov 1/16 finalda kanadalı Aleksandr Mur, 125 kq-da Georgi Meşvildişvili bolqarıstanlı İslam Adizovla güləşəcək.

Qeyd edək ki, lisenziya xarakterli dünya çempionatı sentyabrın 24-də başa çatacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir