İdman

FIFA “The Best” mükafatına namizədləri açıqladı – SİYAHI

Sharing is caring!


FIFA “The Best” mükafatına namizəd futbolçuların adlarını açıqlayıb.

Qurumun rəsmi saytının yaydığı məlumata görə, 2023-cü ilin ən yaxşısı olmağa 12 oyunçu iddia edir.

Bunlar Xulian Alvares (“Mançester Siti”, Argentina), Lionel Messi (PSJ, “İnter Mayami”,  Argentina), Marselo Brozoviç (“İnter”, “Ən-Nəsr”, Xorvatiya), Kevin De Bruyne (“Mançester Siti”, Belçika), İlkay Gündoğan (“Mançester Siti”, “Barselona”, Almaniya), Erlinq Holand (“Mançester Siti”, Norveç), Rodri (“Mançester Siti”, İspaniya), Xviça Kvaratsxeliya (“Napoli”, Gürcüstan), Kilian Mbappe (PSJ, Fransa), Viktor Osimhen (“Napoli”, Nigeriya), Deklan Rays (“Vest Hem”, “Arsenal”, İngiltərə) və Bernardu Silvadır (“Mançester Siti”, Portuqaliya).

Qeyd edək ki, 2022-ci ilin ən yaxşı futbolçusu Lionel Messi seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir