İdman

Döyüş Federasiyasının rəhbəri: “Bakıdakı döyüş gecəsi Yaponiya xaricindəki ilk turnirdir”

Sharing is caring!


“Təşkilatımız səkkiz ildə 50-yə yaxın turnir təşkil edib. Bakıdakı döyüş gecəsi Yaponiya xaricindəki ilk turnirdir”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Rizin” Döyüş Federasiyasının rəhbəri Nobuyuki Sakakibara noyabrın 4-də Bakıda keçiriləcək “Landmark 7” turnirinə həsr edilmiş mətbuat konfransında deyib.

Funksioner bildirib ki, Bakıdakı yarış əvvəlkilərdən heç nə ilə geridə qalmayacaq:

“Azərbaycanda daha həyəcanlı yarış olacaq. Bakıda “Rizin” yarışının təşkil edilməsinə görə Azərbaycanın rəhbərliyinə, təşkilatçılara dərin təşəkkür edirəm”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir