İdman

Veratti PSJ-dən Qətər klubuna keçdi

Sharing is caring!


İtaliya millisinin heyətində futbol üzrə Avropa çempionu olmuş Marko Veratti Qətərin “Əl Ərəbi” klubu ilə müqavilə imzalayıb.

Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə müqavilənin şərtləri açıqlanmayıb.

Qeyd edək ki, Verattinin 30 yaşı var. O, 2012-ci ildən PSJ-də çıxış edib, komandanın tərkibində doqquz dəfə Fransa çempionu olub və doqquz dəfə ölkə Superkubokunu, həmçinin altı dəfə Fransa kubokunu qazanıb.

Veratti komandada 416 oyun keçirib, 11 qol vurub və 61 məhsuldar ötürmə verib. 2021-ci ildə İtaliya millisinin tərkibində yarımmüdafiəçi Avropa çempionu, 2021 və 2023-cü illərdə isə Millətlər Liqasının bürünc mükafatçısı olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir