İdman

Azərbaycan millisi bu gün İordaniya ilə qarşılaşacaq – AFİŞA

Sharing is caring!


Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.

Oxu.Az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv İordaniya ilə qarşılaşacaq. “Dalğa Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Qarşılaşma “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

Milli bundan əvvəl AVRO-2024-ün seçmə mərhələsində Belçikaya uduzub – 0:1. İordaniyaya isə yoxlama matçında Norveç darmadağınla qalib gəlib – 0:6.

Yoldaşlıq oyunu

12 sentyabr

20:00 Azərbaycan – İordaniya

“Dalğa Arena”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir