İdman

Avropa çempionatında uğur qazanan gənc cüdoçular Vətənə dönüblər – FOTO

Sharing is caring!


Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında uğurla çıxış edən idmançılarımız Vətənə dönüblər.

“Report” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda gənc cüdoçuların qarşılanma mərasimi olub.

Milli komandanın üzvlərini Azərbaycan Cüdo Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində keçirilən Avropa çempionatını altı medalla başa vurublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir