İdman

Londonda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən idman yarışı keçirilib – FOTO

Sharing is caring!


Londonda kikboksinq üzrə üçqat dünya çempionu Hafiz Baxşəliyev tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “Immortal Champions” adlı yarış keçirilib.

Ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, muay tay, kikboksinq və MMA döyüş növlərinin yer aldığı yarışda Böyük Britaniya və dünyanın bir çox ölkələrindən iştirakçılar mübarizə aparıblar.

Yarışın əsas döyüşlərinin birində Yusuf Ali Taleb Co Bellonu ikinci raundda nokaut edərək, “Immortal Champions – MMA Britaniya” titulunu qazanıb.

Yarışın əsas döyüşü isə britaniyalı Körtis Allen və ispaniyalı Kennet Alarkon arasında baş tutub. Körtis Allen dördüncü raundda rəqibini nokauta salaraq “Immortal Champions – muay tay” Avropa çempionu olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir