İdman

“Sumqayıt” yeni transferini AÇIQLADI

Sharing is caring!


2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” bir futbolçunun keçidini reallaşdırıb.

Klubdan verilən məlumata görə, komanda Şimali Makedoniyanın “AP Brera” klubunun futbolçusu Kristian Velinovski ilə 2 illik müqavilə imzalayıb.

24 yaşlı cinah oyunçusu 18 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Kristian Velinovski karyerası ərzində Şimali Makedoniyanın “Breqalnitsa” və “AP Brera” klublarında çıxış edib. Velinovski Şimali Makedoniyanın 21 yaşlılardan ibarət milli komandasına da dəvət alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir