İdman

Norveçli atlet qaçış üzrə dünya rekorduna imza atdı

Sharing is caring!


Norveç atleti Yakob İnqebrigtsen Brilyant Liqasının Brüssel mərhələsində 2000 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.

O, məsafəni 4 dəqiqə 43,13 saniyəyə qət edib.

Bundan əvvəlki dünya rekordu (4 dəqiqə 44,79 saniyə) mərakeşli Hişam əl Geruja məxsus olub və 1999-cu ildə qeydə alınıb.

Qeyd edək ki, İnqebrigtsenin 22 yaşı var. O, 1500 metr məsafəyə qaçışda Olimpiya çempionu və 5000 metr məsafəyə qaçışda ikiqat dünya çempionudur (2022, 2023). İdmançı həmçinin dördqat Avropa çempionudur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir