İdman

Polo üzrə Azərbaycan millisi qrupda son oyununu keçirib – FOTO/VİDEO

Sharing is caring!


Sentyabr ayının 6-da Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması qrupda son oyununu keçirib.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, İsveçrə üzərində 8-2,5 hesabla inamlı qələbə qazanan millimiz qrupu birinci yerdə bitirərək yarımfinal mərhələsinə adlayıb. Qollardan 3-nü kapitan Elçin Camallı, 3-nü Xoakin Kopello, hərəyə birini Tərlan Qurbanəliyev və Andres Liorente öz aktivinə yazdırıb. İlk iki hissədən sonra rəqibdən böyük hesabla irəlidə olan komandamızın ehtiyat heyətinin üzvlərinə də oyunda iştirak etmək şəraiti yaradılıb.

Yığmamız ilk oyunda İspaniyaya 6-5, ikinci oyunda son Avropa Çempionları İtaliyaya qarşı 6-1 və son qrup oyununda isə İsveçrəyə 8-2,5 hesabı ilə qalib gələrək 20 dəqiq zərbə ilə ümumilikdə rəqib qapılarında ən çox top keçirən komandadır. Millimizin kapitanı Elçin Camallı ümumilikdə 9 qolla alman Anton Qraboş və ispan Mario Qomeslə bombardirlər siyahısında birinci yeri bölüşür.

Çempionatın favoritlərindən hesab olunan Azərbaycan yığmasının yarımfinaldakı rəqibi bu gün Almaniya, Avstriya, Niderland və İngiltərənin iştirak etdiyi digər qrupda keçiriləcək son turun oyunlarından sonra müəyyən olunacaq.

Turnirin yarımfinal oyunları sentyabr 9-da və final oyunu isə sentyabrın 10-da keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir