İdman

Verratti Qətər klubuna keçə bilər

Sharing is caring!


PSJ-nin yarımmüdafiəçisi Marko Veratti Qətərin “Əl-Ərəbi” klubuna keçməyə yaxındır.

Məlumata görə, futbolçu yeni müqavilə təklifi olmasa, Paris klubunu tərk edəcək. Bildirilir ki, italyan yarımmüdafiəçi Dohada yerləşən Qətər komandasına keçməyə artıq razılaşıb.

Xatırladaq ki, 30 yaşlı futbolçu 2012-ci ildən PSJ-də çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir.

Veratti ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 38 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. “Transfermarkt”ın verdiyi məlumata görə, oyunçunun bazar dəyəri 40 milyon avrodur.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir