İdman

Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlandı – SİYAHI

Sharing is caring!


AVRO-2024-ün seçmə mərhələsində Belçika, beynəlxalq yoldaşlıq oyununda isə İordaniya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti müəyyənləşib.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, baş məşqçi Canni De Byazi düşərgəyə 26 futbolçu dəvət edib.

İtaliyalı mütəxəssis Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasında iştirakını nəzərə alaraq, hücumçunun Belçika ilə oyundan sonra millini tərk etmək istəyini müsbət qarşılayıb.

Qeyd edək ki, yığma sentyabrın 9-da Belçikanı, üç gün sonra isə İordaniyanı qəbul edəcək. Hər iki qarşılaşma “Dalğa Arena”da gerçəkləşəcək.

AD, SOYAD

KLUB

Şahruddin Məhəmmədəliyev

“Qarabağ”

Səlahət Ağayev

“Səbail”

Yusif İmanov

“Sabah”

Aleksey İsayev

“Sabah”

Amin Seydiyev

“Sabah”

Anton Krivotsyuk

“Daejon Hana” (Cənubi Koreya)

Bəhlul Mustafazadə

“Qarabağ”

Bəxtiyar Həsənalızadə

“Tuzlaspor” (Türkiyə)

Coşqun Diniyev

“Umraniyəspor” (Türkiyə)

Elvin Bədəlov

“Sumqayıt”

Elvin Camalov

“Sabah”

Elvin Cəfərquliyev

“Qarabağ”

Emil Səfərov

“Qəbələ”

Emin Mahmudov

“Neftçi”

Filip Ozobiç

“Neftçi”

Höccət Haqverdi

“Neftçi”

Mahir Emreli

“Dinamo” (Zaqreb, Xorvatiya)

Musa Qurbanlı

“Yurqorden” (İsveç)

Ozan Can Kökçü

“Eyndhoven” (Niderland)

Qismət Alıyev

“Zirə”

Rahil Məmmədov

“Qarabağ”

Ramil Şeydayev

“Buriram Yunayted” (Tailand)

Renat Dadaşov

“Qrasshopper” (İsveçrə)

Rüstəm Əhmədzadə

“Zirə”

Toral Bayramov

“Qarabağ”

Yusif Nəbiyev

“Səbail”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir