İdman

Emreli yeni mövsümdə ilk qolunu vurdu: “Dinamo” geridönüş etdi – VİDEO

Sharing is caring!


Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli ölkə çempionatının yeni mövsümündə ilk qolunu vurub.

Oxu.Az xəbər verir ki, forvard “Osiyek”lə səfər matçında fərqlənib.

30-cu dəqiqədə meydana çıxan futbolçu 71-ci dəqiqədə, komandası hesabda 0:2 geri olarkən fərqlənib və geri dönüşün təməlini qoyub. Son dəqiqələrdə “Dinamo” daha iki qol vuraraq çətin qələbə qazanıb – 3:2.

M.Emrelinin komandası beş matçda topladığı 10 xalla dördüncüdür.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir