İdman

“Mançester Siti” və “Tottenhem” hərəyə beş qol vurdu, “Çelsi” isə uduzdu – VİDEO

Sharing is caring!


“Mançester Siti” İngiltərə Premyer Liqasının IV turunu da qələbə ilə başa vurub.

Oxu.Az xəbər verir ki, əvvəlki turları itkisiz keçirən “şəhərlilər” bu dəfə doğma meydanda “Fulhem”dən güclü olublar – 5:1.

31-ci dəqiqədə Xulian Alvares Pep Qvardiolanın komandasını hesabda irəli çıxarıb. İki dəqiqə sonra Tim Rim tarazlığı bərpa etsə də, 45+5-ci dəqiqədə Natan Ake yenidən meydan sahiblərini önə keçirib. 59-cu dəqiqədə üçüncü qolu vuran Erlinq Holand 70-ci dəqiqədə penaltidən dublunu rəsmiləşdirib. 90+5-ci dəqiqədə isə o, het-trik edərək matçda yekun hesabı müəyyənləşdirib.

“Mançester Siti” maksimum nəticə – 12 xalla vahid liderdir. “Fulhem” dörd xalla 12-ci yerdə qərarlaşıb.

Mövsümə iddialı başlayan “Tottenhem” turu darmadağınla başa vurub. London təmsilçisi səfərdə “Bernli”dən üstün olub – 5:2.

Hesabı dördüncü dəqiqədə Layl Foster açsa da, daha sonra Son Minin het-triki, Ceyms Müddisonla Kristian Romeronun qolları “Tottenhem”i qalib edib. 90+4-cü dəqiqədə Coş Braunhil ev sahiblərinin ikinci qolunu vurub.

Xalını 10-a çatdıran Ange Postekoqlunun komandası ikinci pillədədir. “Bernli”in xalı yoxdur və sonuncudur.

Londonun digər təmsilçisi “Çelsi” isə uğursuzluqla üzləşib. “Zadəganlar” doğma meydanda “Nottinqem Forest”ə uduzublar – 0:1. Yeganə qolu 48-ci dəqiqədə Entoni Elanqa vurub.

Dörd matçda dörd xal toplayan “Çelsi” 11-ci, altı xalı olan “Nottinqem Forest” doqquzuncudur.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir