İdman

Azərbaycan millisi son qitə çempionu ilə bir qrupda – FOTO

Sharing is caring!


Polo üzrə Azərbaycan milli yığması son qitə çempionu ilə bir qrupda yer alıb. 

Oxu.Az xəbər verir ki, sentyabr ayının 3-də Almaniyanın Düsseldorf şəhərində polo üzrə 14-cü Avropa Çempionatı iki qrupda start götürəcək.

Hər iki qrupun tərkibi və qrup daxilində ilk oyunlar artıq məlumdur. Çempionatın ilk gününün 2-ci oyununda çıxış edəcək milli komandamız son Avropa Çempionu İtaliya, İspaniya və İsveçrə ilə bir qrupda (zona A qrupu) mübarizə aparacaq. 

Digər qrupda isə (zona B qrupu) İngiltərə, Avstriya, Hollandiya və Almaniya milli komandaları güclərini sınayacaqlar.

3 sentyabr 2023-cü il tarixində yerli vaxtla saat 14:15-də keçiriləcək Azərbaycan-İspaniya oyunu ilə milli komandamız çempionata start verəcək.

Qrup daxilində bütün komandalara qarşı keçiriləcək ümumilikdə üç oyundan sonra ilk iki yerə yüksələn komandalar 9 sentyabr tarixində keçiriləcək yarımfinal oyunlarına vəsiqə əldə edəcəklər.

Çempionatın final oyunu isə 10 sentyabr tarixində Düsseldorf Polo Klubunun əsas yarış meydançasında təşkil olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir