İdman

Azərbaycan Premyer Liqası: Lider “Qəbələ”nin, “Neftçi” “Sumqayıt”ın qonağı olacaq

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha iki oyunu baş tutacaq.

Oxu.Az xəbər verir ki, ilk olaraq “Qəbələ” “Zirə”ni qəbul edəcək.

Əvvəlki bütün qarşılaşmalarda məğlub olan “qırmızı-qaralar” sonuncu pillədə qərarlaşıblar. Bütün görüşlərdə qələbə qazanan paytaxt klubu isə 12 xalla liderdir.

Günün ikinci matçında “Neftçi” “Sumqayıt”ın qonağı olacaq. “Ağ-qaralar” beş xalla dördüncü, rəqiblərindən bir oyun az keçirən “Gənclik şəhəri” təmsilçisi yeddi xalla üçüncüdür.

Azərbaycan Premyer Liqası, V tur

2 sentyabr (şənbə)

18:00. “Qəbələ” – “Zirə”

Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Qəbələ şəhər stadionu

20:30. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

“Kapital Bank Arena”

Qeyd edək ki, turun ilk oyununda “Turan Tovuz” səfərdə “Sabah”ı üç cavabsız qolla üstələyib. Tura sentyabrın 3-də “Kəpəz” – “Araz-Naxçıvan” və “Səbail” – “Qarabağ” görüşləri ilə yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir