İdman

“Kəpəz” Gürcüstan millisinin üzvünü transfer etdi

Sharing is caring!


“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

Gəncə təmsilçisindən verilən məlumata görə, gürcüstanlı Georgi Papunaişvili “sarı-göylər”in formasını geyinəcək.

27 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

Tbilisi “Dinamo”sunun yetirməsi olan Papunaişvili ölkəsi ilə yanaşı, Avropada da çıxış edib, İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyinib. O, Kiprin “Apollon” və Serbiyanın “Radniçki” klublarında oynayıb və Gürcüstan yığmasında 12 oyuna 2 qol vurub.

Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Papunaişvilinin son klubu ölkəsində “Telavi” olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir