İdman

“Qarabağ” Avropa Liqasının ikinci səbətində: Daha münasib komandalara rəqib olacaq

Sharing is caring!


“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatmasına ikinci səbətdən qatılacaq.

Oxu.Az xəbər verir ki, buna Çexiyanın “Sparta” (Praqa) klubunun pley-offda Xorvatiya “Dinamo”sunu (Zaqreb) mübarizədən kənarlaşdırması səbəb olub.

Daha yuxarı reytinqli Zaqreb klubunun turnirdən kənarda qalması Azərbaycan çempionun ikinci səbətə yolunu açıb. Daha əvvəl təmsilçimizin iki, yoxsa üçüncü səbətə düşəcəyi qeyri-müəyyən idi.

Qeyd edək ki, ikinci səbətdə olmağın üstünlüyü komandanın qrupda özündən daha aşağı reytinqli iki komanda ilə rəqib olmasıdır. Avropa Liqasının qrup mərhələsinin püşkü sabah atılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir