İdman

Çempionlar Liqası: “Qalatasaray” qrup mərhələsində – VİDEO

Sharing is caring!


UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə vəsiqə qazanan üç komanda müəyyənləşib.

İstanbul nəhəngi “Qalatasaray” səfərdə minimal fərqlə qalib gəldiyi Norveç təmsilçisi “Molde”ni qəbul edib. İstanbuldakı qarşılaşma da “cim-bom”un qalibiyyəti ilə yekunlaşıb (2:1) və “Qalatasaray” qitənin ən nüfuzlu turnirinin qrupuna yüksəlib.

Digər cütlərdə İsveçrə “Yanq Boyz”u və Portuqaliya “Braqa”sı rəqiblərini üstələyərək, ÇL-in qrupuna vəsiqə qazanıblar. “Molde” ilə yanaşı, Yunanıstan klubu “Panatinaikos” və İsrailin “Makkabi” (Hayfa) komandası mübarizəni AL-in qrupunda davam etdirəcəklər.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

29 avqust

23:00. “Qalatasaray” (Türkiyə) – “Molde” (Norveç) – 2:1

Qollar: Mauro İkardi, 7 (pen.). Angelinyo, 90+3 – Eyrik Hestad, 66

İlk oyun – 3:2

23:00. “Panatinaikos” (Yunanıstan) – “Braqa” (Portuqaliya) – 0:1

Qol: Bruma, 83

İlk oyun – 1:2

23:00. “Yanq Boyz” (İsveçrə) – “Makkabi” (Hayfa, İsrail) – 3:0

Qollar: Sedrik İtten, 23. Abdulaye Sek, 28 (avtoqol). Filip Uqriniç, 46

İlk oyun – 0:0

Qeyd edək ki, mərhələnin digər oyunları avqustun 30-da keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir