İdman

Teymur Rəcəbov “Tata Steel Chess” beynəlxalq turnirinə qatılacaq

Sharing is caring!


Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlkətə (keçmiş Kəlküttə) şəhərində qadınlar və kişilər arasında keçiriləcək “Tata Steel Chess” beynəlxalq turnirinə qatılacaq.

Oxu.Az xəbər verir ki, 10 kişi şahmatçı avqustun 31-də başlayacaq yarışda rapid və blits üzrə mübarizə aparacaq.

T.Rəcəbovun rəqibləri Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) olacaq.

Qeyd edək ki, “Tata Steel Chess” beynəlxalq turnirinə sentyabrın 9-da yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir