İdman

Badmintonçumuz beynəlxalq turnirdə qızıl medal qazanıb – FOTO

Sharing is caring!


Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Kamerunun paytaxtı Yaunde şəhərində keçirilən “Cameroon International 2023” turnirində qızıl medal qazanıb.

“Report”un məlumatına görə, mübarizəyə 1/8 finaldan başlayan idmançı finala gedən yolda Sloveniya, Birləşmiş Ərəb Əmirlikləri və İtaliyanı təmsil edən badmintonçulara qalib gəlib.

Keişa Fatima Zəhra finalda israilli Kseniya Polikarpova ilə qarşılaşıb. Hər iki setdə rəqibindən üstün oyun sərgiləyən badmintonçumuz yekunda 2:0 (21:14, 21:16) hesablı qələbə qazanaraq, “International” seriyalı turnirin qalibi olmaqla yanaşı, hesabına 2500 reytinq xalı yazdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir