İdman

Yeddi qolun vurulduğu dramatik oyunda “Barselona” qələbə qazandı – VİDEO

Sharing is caring!


Futbol üzrə İspaniya La Liqasının III turunda “Barselona” “Vilyarreal”ın qonağı olub.

Oxu.Az xəbər verir ki, yeddi qolun vurulduğu matç Kataloniya klubunun qələbəsi ilə başa çatıb – 4:3.

“Barsa” Qavi və Frenki De Yonqun erkən qolları ilə hesabda önə keçsə də, ilk yarının sonlarına qədər meydan sahibləri Xuan Foyt və Aleksander Sorlotun qolları ilə bərabərlik yaradıblar.

İkinci yarının əvvəllərində Aleks Baena “Vilyarreal”ı hesabda önə keçirib. Lakin 68-ci dəqiqədə Ferran Torres, üç dəqiqə sonra Robert Levandovskinin qolları Xavinin komandasına qələbə qazandırıb.

“Barselona” yeddi xalla üçüncü yerdə qərarlaşıb. “Vilyarreal” isə üç xalla 13-cüdür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir