İdman

Musa Qurbanlıdan İsveç çempionatında iki qol, bir məhsuldar ötürmə – VİDEO

Sharing is caring!


Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçdə növbəti qollarını vurub.

Oxu.Az xəbər verir ki, “Yurqorden”in hücumçusu ölkə çempionatının 21-ci turunda “Degefors”la matçda dubl edib.

Gənc forvard 23 və 34-cü dəqiqələrdə fərqlənib. O, iki ikinci dəqiqədə komandasının ilk qolunda da assistlə yadda qalıb.

Xatırladaq ki, M.Qurbanlı daha əvvəl “Yurqorden”in ölkə kubokunda “Sandviken”lə matçında fərqlənmişdi.

Qeyd edək ki, “Degefors”la matçın ilk hissəsini “Yurqorden” 3:1 öndə başa vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir