İdman

“Milan”dan darmadağın, “Roma” uduzdu – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasının II turunda “Milan” böyük hesablı qələbə qazanıb.

Oxu.Az xəbər verir ki, “rossoneri” öz meydanında “Torino”dan güclü olub – 4:1.

Olivye Jirunun penaltidən dubl etdiyi qarşılaşmada “Milan”ın digər qollarını Teo Hernandez və Kristian Pulişiç vurublar. Qonaqların heyətində Perr Şurs fərqlənib.

İki matçda maksimum nəticə əldə edən – altı xal qazanan “Milan” liderdir.

Digər qarşılaşmada “Roma” səfərdə “Verona”ya uduzub – 1:2.

Ev sahiblərinə qələbə qazandıran qolları Ondrey Duda və Siril Nqonqe vurublar. “Roma”da Hussem Auarın qolu yalnız təsəlli olub.

Mövsümə əla başlayan “Verona” altı xalla ikincidir. “Roma”nın cəmi bir xalı var.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir