İdman

Azərbaycan millisi Aropa çempionatında daha bir medal qazanıb

Sharing is caring!


Azərbaycan millisi Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə böyüklər arasında olimpiya çəki dərəcələri üzrə Avropa çempionatında daha bir medal qazanıb.

“Report”un məlumatına görə, +80 kq çəki dərəcəsində Həmidreza Badrialiabadi fəxri kürsünün ikinci pilləsinə yüksəlməklə gümüş medala yiyələnib. Daha öncə millinin heyətində Cavad Ağayev (68 kq) də ikinci yeri tutub.

Estoniyada keçirilən gənclərin Avropa çempionatında da komandamız hələlik iki medala sahib olub. Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq) bürünc mükafat qazanıb.

Qeyd edək ki, hər iki yarış avqustun 26-da başa çatacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir