İdman

“Neftçi”nin və milli komandanın Macarıstandakı rəqibləri müəyyənləşdi

Sharing is caring!


27-28 avqust tarixlərində Macarıstanın Debretsen şəhərində 12 komandanın iştirakı ilə 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının 20-ci mərhələsi baş tutacaq.

Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, Debretsen mərhələsində iştirak edəcək qadın millimiz D qrupunda “Düsseldorf Zoos” (Almaniya) və “Qyor” (Macarıstan) klubları ilə qarşılaşacaq. Təmsilçimiz “Neftçi” isə B qrupunda ABŞ və Ukrayna milliləri ilə mübarizə aparacaq.

Qadın millimizin qrupdakı ilk oyununu avqustun 27-də səfərdə Bakı vaxtı ilə saat 15:40 -da “Düsseldorf Zoos” klubuna qarşı keçirəcək. “Neftçi” isə qrupda ilk olaraq həmin gün Bakı vaxtı ilə saat 14:50-də Ukrayna seçməsi ilə üz-üzə gələcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir