İdman

ABŞ-nin Azərbaycandakı səfirliyi Bakıda keçirilən Dünya Kuboku ilə bağlı paylaşım edib – FOTO

Sharing is caring!


ABŞ-nin Azərbaycandakı səfirliyi “X” sosial şəbəkəsindəki hesabında Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku ilə bağlı paylaşım edib.

“Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun bütün qalibləri heyrətamiz çıxış etdilər! Səfirliyin mətbuat katibi Vanessa Zenci yarışda üçüncü yeri tutan amerikalı qrosmeyster Fabiano Karuananı və dördüncü yeri tutmuş azərbaycanlı qrosmeyster Nicat Abasovu şəxsən təbrik edib”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, dünən Azərbaycanın paytaxtında şahmat üzrə Dünya Kuboku başa çatıb. Norveçli Maqnus Karlsen qızıl, hindistanlı Rameşbabu Praqnanandha gümüş, ABŞ-li Fabiano Karuana isə bürünc medal qazanıblar. Dördüncü yeri tutan azərbaycanlı qrosmeyster Nicat Abasov xüsusi mükafata layiq görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir