İdman

Azərbaycan atıcıları mükafatlandırılıblar – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!


Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında medal qazanan Azərbaycan atletləri mükafatlandırılıblar.

Oxu.Az xəbər verir ki, 25 metr məsafəyə tapançadan mərkəzə atəş açma növündə birinci yer tutan Nigar Nəsirovaya qızıl, ikinci yerin sahibi olan Nərminə Səmədovaya isə gümüş mükafat təqdim edilib.

Fəxri kürsünün üçüncü pilləsinə qalxan monqolustanlı Xişiqderger Enxbat isə bürünc medal alıb.

Qeyd edək ki, dünya çempionatına sentyabrın 1-də yekun vurulacaq.

12:36

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün 25 metr məsafəyə mərkəzə atəş tapançasından atış növündə kişi və qadınların yarışı keçirilib.

Gün azərbaycanlı idmançılar üçün uğurlu başlayıb.

Yekun nəticələrə görə, Nigar Nəsirova qızıl medal qazanıb. Nərminə Səmədova gümüş medalın sevincini yaşayıb. Üçüncü yerə Monqolustandan olan atlet Xişiqderger Enxbat sahib olub.

Kişilərin mübarizəsində Almaniyanı təmsil edən Kristian Reytz qızıl medal qazanıb. Gümüş medalı Estoniyanı təmsil edən Peeter Olesk aktivinə yazıb. Almaniya atleti Florian Peter bürünc medala yiyələnib.

Bu yarışın kişilərin komanda növündə Almaniya birinci, Koreya ikinci, Hindistan üçüncü olub.

 
 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir