İdman

“Qarabağ” “Olimpiya” ilə oyun üçün Sloveniyaya getdi – FOTO

Sharing is caring!


UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Olimpiya”nın qonağı olacaq “Qarabağ” Sloveniyaya yola düşüb.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bu gün komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı və “atlılar”ın açıq məşqi nəzərdə tutulub.

Qeyd edək ki, sabah Lyublyananın “Stojitse” stadionunda keçiriləcək “Olimpiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir