İdman

Gümüş medal qazanan Azərbaycan millisi mükafatlandırılıb – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!


Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında ikinci yeri tutan Azərbaycan millisi mükafatlandırılıb.

Oxu.Az xəbər verir ki, tapançadan 25 metr məsafəyə standart atəşaçma yarışının qalibləri medallarını alıblar.

Mükafatlandırma mərasimində Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədovadan ibarət “üçlüy”ə gümüş medalı gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.

Yarışda Çin qızıl, Hindistan isə bürünc medal qazanıb.

12:56

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün qadınlar arasında 25 metr məsafəyə tapançadan standart atəş açma yarışında Azərbaycan komandası gümüş medal qazanıb.

Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədovadan ibarət üçlük yalnız Çin komandasından geri qalıb.

Bürünc medallar isə Hindistan komandasının payına düşüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir