İdman

Azərbaycan atıcısının mundialda “gümüş” təəssüratı: “Bu cür sonluq – medal gözləmirdim” – FOTO

Sharing is caring!


“Bu, beynəlxalq yarışlarda ilk medalımdır. Açığı, bu cür sonluq – medal gözləmirdim. Sonluğun belə olması gözəldir”.

Bu sözləri Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında qadınlar arasında 25 metr məsafəyə tapançadan standart atəş açma yarışında gümüş medal qazanan Azərbaycan komandasının üzvü Zeynəb Sultanova deyib.

Fərdi atışda qadınlar arasında ən yüksək göstəriciyə imza atan (səkkizinci yer) idmançı atıcılıqla az müddətdə məşğul olsa da, gələcəyə nikbin baxdığını söyləyib:

“Mən üç-dörd ildir ki, atıcılıqla məşğul oluram. Olimpiadaya vəsiqə qazanmaq üçün hələ ki təcrübəm çatmır. İndi ikinci yeri tutdum. İnşallah, zaman ötdükcə pillələrlə qalxa-qalxa oraya kimi gedib çıxaram”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir