İdman

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Birinci hissədə əsəbilik hiss olunurdu”

Sharing is caring!


“Araz Naxçıvan” futzal klubunun baş məşqçisi Vitali Borisov UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsində Türkiyə çempionu “İstanbul Şişli”yə qarşı A qrupunun I tur oyununu (9:1) şərh edib.

Çalışdırıcı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bildirib ki, komanda fasilədən sonra daha yaxşı çıxış edib:

“Birinci hissədə bir qədər əsəbilik hiss olunurdu. Bu da başa düşüləndir, komanda mövsümdə ilk rəsmi oyununu keçirirdi. İlk oyunlar isə hər zaman ağır olur. Fasilədən sonra daha yaxşı oynadıq, bu da hesabda öz əksini tapdı, böyükhesablı qələbə qazandıq. Bu münasibətlə komandamı tərbik edirəm. Artıq sabahkı matçı fikirləşməliyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir