İdman

“Qarabağ” “Olimpiya” ilə səfər oyununu izləmək istəyən azarkeşlərə müraciət etdi

Sharing is caring!


“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə səfər oyununda komandanı dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.

Klubun “Facebook” səhifəsindən bildirilib ki, səfər matçında komandanı dəstəkləmək istəyən fanatlar üçün ayrılmış biletlər (802 ədəd) oyun günü – avqustun 24-ü yerli vaxtla 18:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi “Stojitse” stadionunda S30 və S31 sektorlarının yaxınlığında satılacaq. Biletlərin qiyməti 25 avrodur.

Qeyd edək ki, “Olimpiya” – “Qarabağ” oyunu saat 22:00-da start götürəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir