İdman

Dünya Kuboku: Nicat Abasovun üçüncülük oyunu, Karlsen finalda gənc hindistanlıya qarşı – AFİŞA

Sharing is caring!


Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku sona yaxınlaşır.

Oxu.Az xəbər verir ki, bu gün final və üçüncülük uğrunda görüşlər başlayacaq.

Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq. Üçüncülük qarşılaşması saat 15:00-da başlayacaq.

Eyni vaxtda ilk final görüşü də keçiriləcək. Titul uğrunda keçmiş dünya çempionu, norveçli Maqnus Karlsen ilə 18 yaşlı hindistanlı qrosmeyster Rameşbabu Praqnananda üz-üzə gələcəklər.

Cavab oyunları avqustun 23-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir