İdman

U-19 millisinə 23 futbolçu çağırılıb

Sharing is caring!


19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə təlim-məşq toplanışı üçün 23 futbolçu çağırılıb.

Oxu.Az xəbər verir ki, baş məşqçi Aqil Nəbiyev Bakıda təşkil olunacaq seleksiya xarakterli hazırlıq dönəmində ümumilikdə 11 klubun oyunçusunu sınaqdan keçirəcək.

Millidə ən çox futbolçu ilə “Qarabağ” və “Səbail” təmsil olunurlar. Adı çəkilən klubların hər biri avqustun 22-dən 24-dək baş tutacaq toplanışa dörd oyunçu göndərib.

Yığma bu müddət ərzində I Liqa təmsilçisi MOİK və “İmişli” ilə yoxlama oyunları keçirəcək.

U-19-un heyəti: Nicat Məmmədzadə, Zaman Zamanlı, Adəm Topalov, İftixar İbrahimov (hamısı “Səbail”), Emil Bünyadzadə, Uğur Səfərov, İbrahim İbrahimli, Nihad Mehrəliyev (hamısı “Qarabağ”), Hüseyn Hüseynov, Altayturan Bektaşoğlu, Əsəd Əsədli (hamısı “Turan Tovuz”), İlkin Budaqov, Kənan Baxışov, Xəyyam Məmmədli (hamısı “Qəbələ”), Səlim Həşimov, Ömər Qurbanov (hər ikisi “Zirə”), Elgün Dünyamalıyev, Yaqub Yusubov (hər ikisi “Sabah”), Davud Şabanov (“Zaqatala”), Saleh Süleymanov (“Cabrayıl”), Arzu Atakişiyev (“Kəpəz”), Nihad Əliyev (“Neftçi”), Sənan Muradlı (“Sumqayıt”).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir