İdman

Azərbaycan-Belçika oyununun biletləri satışa çıxarıldı

Sharing is caring!


AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan-Belçika oyununun biletləri satışa çıxarılıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) yaydığı məlumatına görə, qiymətlər müvafiq olaraq 5, 10 və 50 manat təşkil edir.

Azarkeşlər biletləri “ASAN 2” (8 noyabr prospekti 23, AMAY TM, 2-ci mərtəbə), “ASAN 3” (Abbas Mirzə Şərifzadə 157), “ASAN 4” (Bakıxanov qəs., Sülh küç. 197), “ASAN Sumqayıt” (Sumqayıt şəhəri, Bakı küçəsi, 15-ci məhəllə 42d), “28 Mall” (28 May küçəsi, 2-ci mərtəbə), “Gənclik Mall” (Fətəli Xan Xoyski 38, 3-cü mərtəbə), “Köşk 1” (Sahil m. M.Rəsulzadə 3), “Köşk 2” (Bülbül prospekti, Nizami küç.) və Heydər Əliyev Sarayının kassasından (Bülbül pr.35) əldə edə bilərlər.

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan-Belçika matçı saat 17:00-da start götürəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir