İdman

Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir – FOTO

Sharing is caring!


Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir.

Bu gün kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma yarışları keçirilib. İsveçli Viktor Lindqren hamını qabaqlayaraq qızıl medal qazanıb. 20 yaşlı atıcı 251,3 xal toplayıb.

Çin təmsilçisi Haoran Yanq gümüş medal qazanıb. O, liderdən 0,7 xal geri qalıb. Bürünc medal isə çexiyalı Frantişek Smetananın payına düşüb.

Komanda yarışında isə Çin qızıl medala yiyələnib. Çexiya gümüş, Xorvatiya komandası isə bürünc medala sahib çıxıb.

Viktor Lindqren mükafatlandırma mərasimindən sonra yarış və qazandığı qızıl medalla bağlı təəssüratlarını bölüşüb:

“Bu mənim Bakıya ikinci səfərimdir. İlk dəfə Dünya Kubokunda iştirak etmişdim. Burada hər şey möhtəşəmdir. Həm təşkilatçılıq, həm də şəhər çox gözəldir. Medal qazandığıma hələ də inana bilmirəm. Çox möhtəşəm duyğudur. Ölkəmin gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanması da möhtəşəm oldu. Orada qızıl medal qazanmaq üçün qarşıdakı bir il boyunca səylə çalışmalıyıq”.

Bu günün nəticələrinə görə İsveç, Çin, Çexiya və Qazaxıstan idmançıları öz ölkələrinə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandırıblar.

Bakıda ilk dəfə 2018-ci ildə keçirilən Atıcılıq üzrə Dünya Kubokundan bəri dünyada bu yarış üzrə baş tutan ən geniş idman tədbiridir. Tədbirdə dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir