İdman

Sərxan Hacıyev: “Şahdağ” stadionla bağlı təminat verib, “Dinamo”nun harada oynayacağı bəlli deyil”

Sharing is caring!


“Şahdağ” komandası noyabrın sonlarına qədər Qusarda yeni stadionun tikintisinin başa çatacağına dair təminat verib. Hələlik ev oyunlarını Şamaxı Olimpiya Kompleksində keçirəcəklər. “Dinamo” ilə bağlı isə konkret hansısa stadionun adını çəkə bilmirik. Amma Bakıdakı arenalardan birində oynayacaqlar”.

Bunu “Report”a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev II Liqada iştirak edəcək klublarla bağlı qurumun İcraiyyə Komitəsinin iclasından sonra deyib.

O, bir neçə komandanın bu turnirdə mübarizə aparmaq üçün Peşəkar Futbol Liqasına və milli assosiasiyaya müraciət etdiyini söyləyib.

Baş katib həmin klublarla tanışlıq məqsədilə görüşlərin də təşkil edildiyini diqqətə çatdırıb:

“Qusarda yeni tikiləcək stadionda müəyyən işlər görülüb, proses hazırda da davam etdirilir. İnvestorlar tərəfindən idman obyektinin tikilməsi bizi sevindirir. Qusar – futbol ənənəsi olan regiondur. Buna görə İcraiyyə Komitəsi bu komandaya müsbət rəy verib. “Dinamo”nun çempionata gəlməsində əsas məsələlərdən biri də millinin futbolçuları ilə bağlıdır. Həmin oyunçuların həqiqi hərbi xidmətdə olduqları müddətdə eniş yaşamamaları üçün “Dinamo”da çıxış imkanı yaradılacaq. MOİK komandası da bizə bu məsələdə kömək göstərir. Amma müəyyən məsələlərdə say məhdudluğu var. Perspektivli oyunçuların hamısı MOİK-ə gələ bilmirlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir