Cəmiyyət

Şirvanda 1 264 mənzilli 25 sosial bina tikiləcək

Sharing is caring!


Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Şirvanda 25 ədəd sosial bina tikəcək.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, MİDA-nın regionda növbəti layihəsi – Şirvan Yaşayış Kompleksi Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşir. Yaşayış kompleksinin ümumi sahəsi 8,11 hektar təşkil edir.

MİDA-dan bildirilib ki, yaşayış kompleksi 14 doqquzmərtəbəli və 11 on ikimərtəbəli olmaqla, 25 binadan ibarət olacaq. Bu binalarda ümumilikdə 1264 mənzil olacaq.

Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.

Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 80 yerlik olmaqla bir uşaq bağçasının və 960 şagird yerlik ümumtəhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir