İdman

Dünya Kuboku: Azərbaycan şahmatçısı 1/4 final mərhələsinin ilk oyununda heç-heçə edib

Sharing is caring!


Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda 1/4 final mərhələsinin ilk oyununu keçirib.

“Report”un məlumatına görə, qara fiqurlarla mübarizə aparan 28 yaşlı qrosmeyster bu raundda Hindistan təmsilçisi Vidit Santoşla üz-üzə gəlib.

Qarşılaşma heç-heçə başa çatıb – 0,5:0,5. İkinci görüşdə də qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

Qeyd edək ki, Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir