İdman

Kevin De Brüyne Bakıya gəlir?

Sharing is caring!


Belçika millisinin ulduzu Kevin de Brüyne Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.

Buna səbəb İngiltərənin “Mançester Siti” klubunun üzvünün zədələnməsidir. O, Premyer Liqanın I turunda “Bernli”ni səfərdə 0:3 hesabı ilə məğlub etdikləri matçda dizindən xəsarət alıb. Bu səbəbdən 32 yaşlı yarımmüdafiəçi 23-cü dəqiqədə Mateo Kovaçiçlə əvəzlənib. De Brüynenin zədəsinin ciddi olduğu və bir müddət yaşıl meydanlardan kənar qalacağı bildirilir. Komandanın baş məşqçisi Pep Qvardiola futbolçusunun bir neçə həftə oynamayacağını deyib.

Qeyd edək ki, daha əvvəl Belçika yığmasının əsas qapıçısı Tibo Kurtua İspaniya “Real Madrid”inin məşqi zamanı sıradan çıxıb. Qolkiperin əməliyyat olunacağı və ən azı altı ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Sentyabrın 9-da Bakıda keçiriləcək Azərbaycan – Belçika oyunu saat 17:00-da başlayacaq.

Mənbə: hln.be

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir