İdman

De Bruyne komanda yoldaşlarına bahalı smartfon hədiyyə etdi – FOTO

Sharing is caring!


Kevin de Bruyne “Mançester Siti” təmsilçiləri üçün platin “iPhone”lar sifariş edib.

Yarımmüdafiəçi komanda yoldaşlarına ötən mövsüm trebl qazanılması şərəfinə xüsusi hazırlanmış smartfonlar bağışlayıb.

Ümumilikdə belçikalı futbolçu dizaynı “iDesign Gold” brendi tərəfindən hazırlanmış 26 “iPhone” alıb. Hər belə telefonun qiyməti beş min funtdur (təxminən 10 800 manat).

Hədiyyə komandanın baş məşqçisi Pep Qvardiola və klubun sahibi Şeyx Mənsura da verilib.

Bütün telefonların üzərində alıcıların adları və “Mançester Siti” loqosu həkk olunub.

Mənbə: sport.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir