İdman

La Liqada yeni mövsüm başladı: İlk oyun günündə qonaqlar sevindilər – VİDEO

Sharing is caring!


Futbol üzrə İspaniya La Liqasında 2023/24 mövsümünə start verilib.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.

Mövsümün açılış oyununda “Rayo Valyekano” səfərdə “Almeriya”nı məğlub edib – 0:2. Qolları 20-ci dəqiqədə İsi Palazon və 28-ci dəqiqədə Randi Nketa penaltidən vurublar.

Turun ikinci matçında “Sevilya” “Valensiya”nı qəbul edib. Bu görüşdə də qonaqlar sevinən tərəf olublar – 1:2. 60-cı dəqiqədə Muxtar Diakabi qonaqları hesabda irəli çıxarsa da, 10 dəqiqə sonra Yussef En-Nesiri tarazlığı bərpa edib. 81-ci dəqiqədə Loik Bade birbaşa qırmızı vərəqə ilə meydandan qovularaq “Sevilya”nı azlıqda qoyub. 89-cu dəqiqədə isə Xavi Qerra “yarasalar”a qələbə qazandıran qolu vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir